GARP (Growth At a Reasonable Price) - ağlabatan qiymətə böyümə strategiyası.
Daha əvvəl “magic formula”, “all-weather portfolio” kimi investisiya strategiyaları haqqında yazmışdıq. Bu gün isə Sizləri yenisi ilə tanış etmək istəyirik:
👉 Bu, GARP — Growth At a Reasonable Price, yəni ağlabatan qiymətə böyümə.
💡 GARP — böyümə ilə dəyər arasında qızıl ortadır.
Investorlar çox vaxt iki düşərgəyə bölünür:
💥 growth investorlar — gələcək artım liderlərini tapmağa çalışanlar,
🧱 value investorlar — “1 dollarlıq şirkəti 50 sentə” axtaranlar.
GARP özündə bu iki dünya görüşünü birləşdirir.
📘 GARP nədir
GARP investor gəlirləri sürətlə artan şirkətləri seçərək , amma eyni zamanda “şişirdilmiş” qiymətlərdən uzaq durur.
Əsas göstərici — PEG (Price/Earnings to Growth) nisbətidir. P/E haqqında çox danışmışıq. PEG isə P/E göstəricisinin şirkətin gəlirlərinin artım tempinə nisbətidir.
Əgər PEG ≈ 1 və ya daha aşağıdırsa, deməli, böyümə qiymətə uyğundur.
💬 Peter Lynch-in bu sözləri yada düşür:
“Buy growth stocks, but only when they’re priced reasonably.” (“böyüyən şirkəti al, amma qiyməti uyğun olanda”)
📊 GARP praktikada necə işləyir
Bu strategiyanı tədbiq edən bir neçə ETF var. Onlardan biri GARP ETF (S&P 500 GARP ETF) bu fəlsəfəni real həyata keçirir.
Seçim qaydaları:
• sabit mənfəət artımı,
• qiymətləndirilmə baxımından məntiqli,
• biznes keyfiyyəti yüksək olan şirkətlər.
GARP portfelində indi IT, elektronika və finans sektorunun liderləri yer alır.
🔥 Biz GARP ETF-in 1 illik nəticələrini digər ETF-lərlə müqayisə etdik:
SPY - S&P 500 şirkətləri
SPYD – yüksək dividend ödəyən şirkətlərdən ibarət olan fond
MAGS - Magnificient 7 (Nvidia, Google, Microsoft, Facebook, Apple, Tesla, Amazon)
Oktyabr 2024 – oktyabr 2025.
• GARP — gəlirlilik +27.1%, Sharpe 0.97, maksimum qiymət enişi -23.7%
• SPY — gəlirlilik +17.4%, Sharpe 0.77, maksimum qiymət enişi -18.8%
• SPYD — gəlirlilik +0.3%, Sharpe -0.09, maksimum qiymət enişi -16.1%
• MAGS — gəlirlilik +36.3%, Sharpe 1.06, maksimum qiymət enişi -29.9%
🧭 Nəticə:
GARP ETF həm geniş bazar, həm də dividend ödəyən şirkətlərdən ibarət fond daha yaxşı performans göstərib, yalnız dar fokuslu MAGS-a bir qədər uduzub. Bu da təbii ki başa düşüləndir. Ancaq bu yüksək göstərici yuxarı risk ilə əldə edilir.