“The Most Important Thing”, Howard Marks. 1-ci hissə

“The Most Important Thing”, Howard Marks. 1-ci hissə

Öncəki postumuzda Sizləri qısa da olsa Howard Marks ilə tanış etdik. Bu gün isə onun müəllif olduğu kitab haqqında bir post hazırladıq.
Howard Marks 40 illik təcrübəsini “The Most Important Thing” kitabında cəmləyib. Bu kitab formulalar haqqında deyil — fərqli düşüncə və riskə olan yanaşma haqqındadır. Müəllifin öz sözlərinə görə, o kitabı başlayanda, uğurlu investisiyanın “ən vacib bir amili” haqqında yazmaq istəsə də, sonra o siyahı uzandı, və ümumi olaraq 20 bölümdən ibarət bir kitab əmələ gəldi. İlk 10 bölümün xülasəsini Sizə təqdim edirik:


💡 1. Second-Level Thinking (iki-səviyyəli düşüncə)

Hamı eyni şeyi görsə də, böyük investorlar isə daha dərinə baxır.
🧠 “Yaxşı şirkət” demək, “yaxşı investisiya” demək deyil.
Bazarı udmaq istəyirsənsə — bir addım fərqli düşün.


📈 2. Market Efficiency

Bazar çox vaxtı rasional olur, ancaq həmişə elə deyil. Bəzən eyforiyaya qapılır və emosiyalar qalib gəlir. Elə o zaman fürsət yaranır.
Amma bu fürsəti yalnız bazarın səhvini görə bilənlər tutar.


💰 3. Value (Dəyər)

Hər şeyin əsası — daxili dəyərdir (intrinsic value).
Ucuza al, bahaya sat — sadə səslənsə də, bunu az adam bacarır.
Dəyəri anlamadan bazarda qalmaq sadəcə qumar oynamaqdır. 🎲


⚖️ 4. Price vs. Value (Qiymət vs. Dəyər)

Marks yaxşı investisiyanı yaxşı şirkətdən ayırır.
“Yaxşı” şirkət çox baha qiymətə təklif olunursa — artıq pis investisiyadır.
Uğur “yaxşı şey almaqda” deyil, düzgün qiymətə almaqdadır. 💸


🚨 5 - 7. Risk (Riski anlamaq, riski tanımaq, riski kontrol etmək)

Marks həm öz kitablarında/ memorandumlarında həm də çıxışlarında risklərin idarə edilməsinə xüsusi yer ayırır. Ancaq onun “risk” anlayışı fərqlidir. Risk - qiymətlər düşəndə yox, hamı “artacaq” deyəndə yaranır.
Qiymətlər qalxdıqca, risk də artır və gələcək potensial gəlir azalır.⚠️


🔄 8. Being Attentive to Cycles

Hər şey dövridir — bazarlar da, iqtisadiyyat da, insan emosiyaları da.
💹 Qiymətlər qalxanda insanlar “bu dəfə fərqlidir” deyir, amma Marks xatırladır: heç nə əbədi artmır və heç nə əbədi düşmür.
Uğurlu investorlar bazarın ritmini izləyir, və hər kəs eyforiyada olanda — özlərini qoruyurlar.
Düşüş zamanı isə — sakitcə alırlar. 🧊


⚖️ 9. Awareness of the Pendulum

Bazar — kəfgir kimidir

O, daim şişirtmə və qorxu arasında yellənir.
Bir gün hamı optimistdir, ertəsi gün panika başlayır.
Marks deyir: ağıllı investor bu yellənməni emosiyasız izləyir, çünki bilir — sarkaç həmişə orta vəziyyətə qayıdır.
Ən çox qazananlar, bu hərəkəti səbir və intizamla izləyənlərdir.


🧠 10. Combating Negative Influences

Bazarın ən təhlükəli düşməni sənin beynindir.
Qorxu, hərislik, “qaçırma qorxusu” (FOMO) — hamısı sənə qarşı işləyir.
Marks xəbərdarlıq edir:
👉 Media panika yayır.
👉 Digər investorlar səni tələsdirir.
👉 Öz eqon səni kor edir.

Uğurlu investor emosiyalarını idarə edən insandır,
çünki soyuqqanlılıq — kapital artışının əsas şərtidir

Davamı