İnvestisiya strategiyaları haqqında qısa arayış.

İnvestisiya strategiyaları haqqında qısa arayış.
Photo by FlyD / Unsplash

Salam. Yazılar boyunca biz çoxlu terminologiyadan istifadə edirik. Hedge fund manager, dəyər-yönümlü investisiya, multiplikator və s. Düşündük ki əsas investisiya strategiyaları haqqında qısa məlumat olsa, oxucularımız üçün faydalı olar. Marafonumuz 🏃🏻‍♂️boyunca təbii ki biz bunları daha detallı 🔬 izah edəcəyik. Bunları bilən oxuyucularımız dərhal digər yazılara keçə bilər 😉

🧠 Fundamental Strategiyalar
Bu tip strateqiyalar biznesin təhlili üzərində qurulur və iki əsas növü var.

 •  📉 Dəyər (yönümlü) investisiya (Value Investing) – Şirkətin biznesini dərindən təhlil edərək, daxili dəyərindən aşağı qiymətləndirilmiş aktivlərin alınması.

•  🚀 Artım investisiyası (Growth Investing) – Gəlir və inkişaf potensialı yüksək olan şirkətlərin səhmlərinin alınması

Bu strategiyanı seçənlər adətən individual səhmlərə üstünlük verirlər.

🌍 Makroiqtisadi Strategiyalar.

Iqtisadiyyatın ümumi gedişatı proqnozlaşdırılır və onlara əsasən investisiya istiqamətləri müəyyən edilir.

 •  🌐 Qlobal makro strategiyası (Global Macro) – Qlobal iqtisadi, siyasi və maliyyə trendlərinə əsaslanan qərarlar

•  🪖 Geosiyasi investisiya (Geopolitical Investing) – Müharibə, sanksiyalar, seçkilər kimi geosiyasi hadisələrin nəzərə alınması

Bunu seçən investorlar geniş indeks fondları (məsələn “Nasdaq”), maliyyə və əmtəə törəmə alətləri (fyuçers, opsion və s.) və valyuta kimi alətlərdən istifadə edirlər.

🤖 Kvant və Sistemli Strategiyalar

 •  📊 Kvant (rəqəmsal) investisiyası (Quantitative Investing) – Alqoritmlər və statistik modellərlə investisiyaların idarə edilməsi.  

•  🔬 Statistik arbitraj (Statistical Arbitrage) – Qiymət fərqlərinə əsaslanaraq arbitraj imkanları 

•  📈 Trend izləmə (Trend Following) – Qiymət trendlərinə uyğun alış və satışlar

Bu tip strategiyalar istənilən alətlərdə müəyyən qeyri-effektivliyi axtararaq, onlardan faydalanmağa çalışırlar. İndiki dövrdə bunun üçün çox müasir məlumat bazası və hesablama gücü lazımdır.

🔐 Alternativ Strategiyalar

 •  🧬 Private Equity / Venture Capital – Özəl şirkətlərə (adətən birjada kotirovkası olmayan) və startaplara investisiya edirlər

•  🏠 Real aktivlər – Daşınmaz əmlak, infrastruktur, fiziki qızıl, sənət əsərləri və s.

🌱 Davranışsal və Tematik Strategiyalar

 •  🧠 Davranışsal investisiya (Behavioral Investing) – Bazar iştirakçılarının psixologiyasını nəzərə alaraq investisiya qərarların verilməsi. Əslində fikrimizcə bütün investisiya növləri insanın psixologiyasını nəzərə alırlar.

 •  🚀 Tematik investisiya (Thematic Investing) – Trendlərə fokus: Süni intellekt, ESG, biotexnologiya və s. Bu tip investorlar adətən individual səhm və ya müəyyən sektorun fondlarına (ETF) pul yatırırlar

Vaxt Aralığı və Stilə görə Strategiyalar

 •  🔄 Aktiv və passiv (Active vs Passive) – Aktiv idarəetmə - alqı satqı qərarların investor tərəfindən tez tez verilməsi. Passiv idarəetmədə isə indeks və ya səhm portfeli bir dəfə alınır və uzun müddət saxlanılır.

•  🕰 Qısamüddətli və uzunmüddətli (Short vs Long-term) – Gündəlik alqı/satqıdan, uzun müddət ərzində portfeldə saxlanılan investisiyalar.


Təbii ki siyahı bunlarla kifayətlənmir, ancaq biz əsas olanları qeyd etməyə çalışdıq.