"Ride the Curve" - istiqrazlarla qazanan strategiya

"Ride the Curve" - istiqrazlarla qazanan strategiya
Photo by Hector Reyes / Unsplash

Bu yaxınlarda biz istiqraz bazarının ən məşhur investorlarından biri — Bill Gross haqqında yazmışdıq. Onun, “sabit gəlir” gətirən alətlərdən yüksək gəlir əldə etmə bacarığı haqqında qısa qeyd etmişdik. İndi isə həmin yanaşmalardan birini daha detallı izah etmək istərdik: Faiz dərəcələri dəyişməsə belə qazanc əldə etməyə imkan verən strategiya: “ride the yield curve” yəni gəlirlilik əyrisindən faydalanmaq (“minmək” sözündən istifadə etmək istəmirik)📈 Gəlin hər şeyi ardıcıllıqla başa salaq.

📊 Gəlirlilik əyrisi nədir?

Gəlirlilik əyrisi — müxtəlif müddətli istiqrazların gəlirliliyini göstərən qrafikdir. Sadə misal: təsəvvür edin ki, bir bankda 3y, 6 ay, 1 il və s. kimi müddətli depozit faizləri müqayisə edən qrafik çizmisiz. Burda ən vacib məqam: emitent eyni olmalıdır.

⛔️ Fərqli emitentləri müqayisə etmək olmaz, çünki risk səviyyələri fərqlidir.

Yəni bu qrafik bir emitentin fərqli müddətlər üzrə gəlirliliyini göstərir.
Normal vəziyyətdə faizlər qısa müddət üçün aşağıdır, uzun müddət üçün isə daha yüksəkdir. Bu, yuxarı meyilli (normal) əyri adlanır.

Amerika dövlət qiymətli kağızlarının "gəlirlilik əyrisi". https://www.ustreasuryyieldcurve.com/

🧠 Keçək “ride the curve” strategiyanın mahiyyətinə:

Əvvəlcə əsas prinsipi xatırlayaq:

💡
Faiz dərəcəsi düşəndə → istiqrazın qiyməti artır

Və indi çox sadə ideya:

👉 Uzunmüddətli istiqraz al
👉 Müddət bitməmişdən əvvəl sat

⚙️ Bu strategiya niyə və necə işləyir?

Tutaq ki, siz 5 illik istiqraz alırsınız. 2 il saxladıqdan sonra o artıq 3 illik istiqraz olur, və 3 illik faiz dərəcəsinə görə qiymətləndirilir. Və:

• 3 illik istiqrazların faizi daha aşağıdır
• O zaman aşağı faiz nəticəsində istiqrazın qiyməti daha yüksəkdir

👉 Bu effektin nəticəsində:

• siz həm kupon gəliri qazanırsınız
• üstəlik istiqrazın qiymət artışından faydalanırsız

Əsas qazanc mənbəyi məhz budur.

🤔 “Hər şey bu qədər sadədirmi?”

Kaş ki, elə olardı 😄 Amma pulsuz (və risksiz) heç nə olmur. Bu strategiya yalnız müəyyən şərtlərdə işləyir:

  1. 📈 Dik (steep) artan gəlirlilik əyrisi
    Müddətlər arasındakı fərq nə qədər böyükdürsə — qazanc da o qədər yüksəkdir.
  2. 📉 Stabil və ya düşən faizlər
    Əsas şərt: 👉 faizlər kəskin dəyişməməlidir (artmamalıdır)
  3. 💸 Aşağı qısamüddətli faizlər
    Bunu Bill Gross xüsusilə vurğulayırdı: short rates sıfıra yaxın olduqda strategiya daha effektivdir
⚠️ Gəlirlilik əyrisi Düz (flat) ya da azalandırsa (inverse), və/və ya faizlər kəskin artarsa bu strategiya işləmir.

💥 Real nümunə:
2013-cü ildə Federal Reserve, Quantitative Easing (uzun müddətli istiqrazlara dəstək) proqramını dayandıracağını elan etdi.
Nəticədə uzunmüddətli faizlər kəskin artdı və istiqraz qiymətləri düşdü.

👉 Bu, bazar üçün şok oldu, və məhz bu dövrdə Bill Gross ilk ciddi zərbəsini aldı.

🧩 Nəticə: “Ride the curve” strategiyası istiqraz bazarında faizlər dəyişməsə belə qazanc imkanı verən ən zərif yanaşmalardan biridir. Amma makroiqtisadiyyatı dərindən başa düşmək lazımdır.