Buffett-i kopyalayaraq əfsanəyə çevrilmək mümkündürmü?
İnvestisiya ilə maraqlanırsınız, ancaq araşdırmağa vaxtınız, təcrübəniz və biliyiniz kifayət deyilsə, Sizinlə bir investorun hekayəsini paylaşmaq istəyirik.
Mohnish Pabrai — sərvətini sadəcə Warren Buffett-in izindən gedərək quran investor.
Amma bunu elə ağıllı etdi ki, özü də bir əfsanəyə çevrildi 💼
👇 Onun hekayəsi — təqlidin necə müstəqilliyə aparan yola çevrilə biləcəyinin canlı sübutudur.
🧠 “Buffett-i kopyalayan”, və milyonlara çatan investor
Mohnish Pabrai müasir dövrün ən maraqlı investorlarından biridir. 1964-cü ildə Bombeydə (Mumbai) anadan olub, mühəndis ixtisası üzrə təhsil alıb və əvvəlcə maliyyə bazarları ilə heç bir əlaqəsi olmayıb.
1991-ci ildə o, TransTech adlı IT şirkətini qurdu və onu uğurla satdıqdan sonra həmişə maraq duyduğu sahəyə — investisiyalara yönəldi.
1999-cu ildə isə o, Pabrai Investment Funds adlı fondunu yaratdı. Bu fondun strukturu tam olaraq 1950-ci illərdəki Warren Buffett-in fondlarından kopyalanmışdı.
Mohnish açıq etiraf edir:
“Mən sadəcə Buffett-in modelini kopyaladım. Mən velosipedi yenidən icad etmədim.”
💡 İnvestisiya fəlsəfəsi: sadəlik və sağlam düşüncə
Pabrai özünü “intellektual təqlidçi” adlandırır. O, Buffett, Munger, Li Lu kimi ən yaxşı investorları öyrənir və onların yanaşmasını tətbiq edir, amma bunu şüurlu şəkildə edir.
🔹 O, riski məhdud, amma qazanc potensialı böyük olan fürsətləri axtarır.
🔹 Həddindən artıq diversifikasiyaya inanmır (!) — konsentrə edilmiş mövqeləri üstün tutur. İndiki portfeldə cəmi 5 səhm görsənir.
🔹 Səbirli olmağı, müstəqil düşünməyi və yalnız inamlı olduğun zaman hərəkət etməyi təbliğ edir.
Bu fəlsəfəni o “Dhandho” adlandırır — "qucarati" dilində bu söz aşağı risklə ağıllı sahibkarlıq deməkdir.
📘 Mohnishin Kitabı: “Mosaic: Perspectives on Investing”
Bu kitab — klassik dərslik deyil, illərlə topladığı ideyalar mozaikasıdır.
Mosaic-dən əsas nəticələr:
1️⃣ İnvestisiya elm deyil, biznesə tətbiq olunmuş sağlam düşüncədir.
2️⃣ Böyüklərdən öyrən, amma kor-koranə təqlid etmə — nəyə görə belə etdiklərini anla.
3️⃣ Sadəlik > mürəkkəblik. Ən yaxşı qərarlar çox vaxt ən aydın olanlardır.
4️⃣ Prosessə fokuslan, nəticəyə yox. Bazarı idarə edə bilməzsən, amma öz düşüncəni idarə edə bilərsən.
5️⃣ Səhvlər qaçılmazdır. Bir çox insan ilk itkilərdən sonra bu işi buraxır. Ancaq itkilər bu işin ayrılmaz tərkibidir. Əsas odur ki, eyni səhvi ikinci dəfə etmə.
Pabrai misalı bizə göstərdi ki, investisiya aləmində ilkin dövrlərdə özünə "mentor" seçərək, onu təqlid edərək, bu işi öyrənməyə və müstəqil düşüncəyə gətirə bilər.
O, sadəcə kopyalamır — onun qərarlarının arxasındakı məntiqi anlayır və həmin təməlin üzərinə özünə məxsus “ikinci mərtəbəsini” qurur.