“The Most Important Thing”, Howard Marks. 2-ci hissə

“The Most Important Thing”, Howard Marks. 2-ci hissə

Bu gün də Howard Marks-ın “The Most Important Thing” kitabı ilə tanış etməyə davam edirik. Kitabının növbəti bölmələri hər bir ağıllı investorun beynində olmalı olan daxili qaydalar kimidir. 🧭 (Kitabın 1-ci hissəsi)

Bu bölmələr sizləri kütlədən ayırır, səbrli və realist düşünməyə öyrədir.


🚫 11. Contrarianism

Əgər hamı eyni şeyi düşünürsə, o fikir artıq dəyərsizdir və fayda gətirməz.
Howard Marks deyir: "Əks istiqamətə getmək — populyar olmamaq deməkdir."
Kütlə alırsa — sən bax, nə satmaq olar.
Kütlə qorxursa — sən sakitcə nə almaq olar, ona bax.
Əsl dəyər sakitlikdə və tək düşünməkdə gizlidir. 🧠


💎 12. Finding Bargains

Ucuz alət tapmaq üçün sadəcə “endirim” axtarmaq kifayət deyil.
Əsl dəyər, digərlərin baxmaqdan qorxduqları yerdədir.
Marks deyir: bazarda ən yaxşı fürsətlər panika və pessimizm vaxtında yaranır.
Yəni, “içəri girəndə qorxu hiss edirsənsə, doğru yoldasan.” 😏


🕰 13. Patient Opportunism

Səbr — ən güclü silahdır.
Marks yazır: “Uğurlu investor daim nəsə etməyə çalışmır — o, gözləyir.” O, investoru yaxşı ovçuya bənzədir. Ovçu meşəyə girib, “Kalaşnikovla” sağa sola güllə atmır. Sakitçə və səbr ilə ovunu gözləyir.
Bazarda hər gün fürsət olmur.
Amma gələndə — hazır olmalısan.


❓ 14. Knowing What You Don’t Know

Ən təhlükəli investor — hər şeyi bildiyini düşünəndir. (bu təkçə investisiyaya aid deyil)
Marks xatırladır: bazar, həyat kimi, nəzarətsiz və təxminolunmazdır.
Ən ağıllı strategiya — öz bilmədiyini etiraf etmək və təvazökar qalmaqdır.
Çünki səhvləri gizlətmək yox, onlardan qorunmaq vacibdir. 🧩


📊 15. Having a Sense of Where We Stand

Bu bölümdə Marks gələcəyin proqnozlaşdırmaq yerinə, bazarda harda olduğumuzu başa düşməyin daha vacib olduğunu bildirir.
Qiymətlər çox bahadırmı? İnsanlar çox eyforiyadadırmı? Ya da əksinə, panikadadılarmı?
Marksın tövsiyyəsi: “Sən proqnoz vermə, sadəcə bil ki, haradasan.” 🧭


🍀 16. Appreciating the Role of Luck

Uğurun hamısı sənin istedadından gəlmir.
Bəzən sadəcə şans sənin tərəfində olur.
Marks deyir: “Qazandığında təkəbbürlü olma, uduzanda bəhanə axtarma.”
Ən ağıllı investor — şansın rolunu başa düşən və bunu qəbul edəndir. 🙏


🛡 17. Investing Defensively

İnvestisiya bazarlarında əsl peşəkar hücuma yox, müdafiəyə oynayır.
Məqsəd — “maksimum qazanc” deyil, minimum səhv etməkdir.
Çünki bazarda yaşamaq uzunmüddətli oyundur.
Əgər itkilərini azaltsan, qazanc öz-özünə gələcək.


⚠️ 18. Avoiding Pitfalls

İnvestisiyada bir qayda var:
“Dərin quyuya düşməmək — qalib olmaq qədər vacibdir.”
Marks xəbərdarlıq edir: həddindən artıq borc, eqo, emosional qərarlar —
bunlar investorun əsas tələləridir.
Ağıllı insan qazanmağa yox, batmamağa çalışır. 💡


💼 19. Adding Value

Dəyər yaratmaq — bazarı udmaq deyil, sistemli şəkildə daha düzgün qərar verməkdir.
Marks üçün dəyər = düşüncə + intizam + səbir.
Yəni, daxili nəzarət xarici nəticəni formalaşdırır.


🧩 20. Putting It All Together

Sonda Marks bütün prinsipləri birləşdirir:
Dərin düşün, səbirli ol, riski tanı, kütlədən uzaq dayan və özünü qoru.
Bu, sadəcə investisiya qaydası deyil — həyat fəlsəfəsidir. 🌍


💬 Howard Marks-ın fəlsəfəsi Oaktree Capital-ın devizində cəmlənib:
👉 “Əgər uduzanlardan uzaq dursaq, qaliblər öz işlərini özləri görəcək». 🏆

Bununla bu kitab haqqında yazılarımız bitdi. Düşünürük ki, Howard Marks kimi investorların kitabları, fikirləri, ideyaları Sizin həyatınıza və işinizə müsbət təsiri olacaq. Uğurlar Sizə!