İnvestisiya strategiyaların müqayisəsi (İyun 2026)

İnvestisiya strategiyaların müqayisəsi (İyun 2026)
Photo by Kier in Sight Archives / Unsplash

Hörmətli oxucu, hər vaxtınız xeyir.

İlk yay ayı da başa çatdı. Ənənəvi olaraq bu, məzuniyyət mövsümüdür və bu dövrdə investorların aktivliyi əhəmiyyətli dərəcədə azalır. Gəlin baxaq görək iyunda portfellərimiz özlərini necə apardı. (Portfellər haqqında məlumatı əvvəlki məqaləmizdə tapa bilərsiniz)

Kifayət qədər gəlirli keçən aprel və may aylarından sonra, texnologiya sektorundakı ralli səngidi. Lakin yenə də “Magic Formula” (MF) portfelini xüsusi qeyd etmək lazımdır. May ayının sonunda aparılan rebalansdan sonra portfel iyun ayında 3.8% gəlirlilik göstərdi. Deməli, həqiqətən də burada müəyyən bir “sehr” var.

All Weather” adlanan “bütün hava şəraitinə uyğun” portfel isə əksinə, demək olar ki, 3% dəyər itirdi. Görünür, yaxşı yay havası bu dəfə yaxşı nəticələr gətirmədi.

İyun ayında göstərdiyi uğurlu nəticə sayəsində MF bütün müşahidə dövrü üzrə yenidən liderliyini geri qaytardı.

Sizə uğurlar arzulayırıq!

ссс