Məlumat mərkəzləri (data centers) yeni maliyyə böhranına səbəb ola bilərmi? (2-ci hissə)

Məlumat mərkəzləri (data centers) yeni maliyyə böhranına səbəb ola bilərmi? (2-ci hissə)
Photo by İsmail Enes Ayhan / Unsplash

💳 II-ci hissə (I-ci hissə burdadır)

Bəs bu ikinci komponent nədir?

Heç bir böhran həddindən artıq kreditləşmə olmadan baş verməyib.

Bugünkü data-mərkəz bumu təkcə korporasiyaların öz vəsaitləri ilə deyil, həm də böyük həcmdə borc kapitalı ilə qidalanır. Üstəlik, bu kapitalın əhəmiyyətli hissəsi bank sektorundan kənardan gəlir.

Private credit funds (özəl kredit fondları).

📈 Private credit sektoru yeni nəhəngə çevrildi

• Bazar həcmi $2 trilyonu keçib

• İllik artım tempi iki rəqəmlidir

• Bankların riskli hesab etdiyi layihələri maliyyələşdirirlər

⚠️ Niyə bu risklidir

• Banklardan fərqli olaraq, tənzimlənmə mülayimdir

• Tez-tez riskli layihələrə kredit verirlər

• Girovların dəyərindən asılıdırlar. Hətta girov qismində GPU-lar (prosessorlar) istifadə olunur. Texnoloji inkişafa görə onlar çox tez dəyərdən düşür.

• Data-mərkəzlərin gəlirliliyi düşsə, itkilər çox böyük ola bilər

🏦 İkiqat risk zənciri

Son illərdə yeni praktika ABŞ Federal Ehtiyat Sistemini narahat edir. Banklar bu data-mərkəzi bumundan pay almaq istəyirlər. Ancaq bunu birbaşa edə bilmədikləri üçün tənzimləmədən yayınmaq üçün özəl kredit fondlarına kredit verməyə başlayıblar. Və statistika onu göstərir ki bu praktika kütləvi şəkildə artır:

📊 2013-cü ildə özəl kredit fondlarının bank olmayan maliyyə təşkilatlarının maliyyələşməsindəki payı cəmi 1% idi, 2024-cü ildə isə bu göstərici 14%-ə çatıb.

Əgər fondlar banklara ödəniş edə bilməsə, bankların likvidlik böhranı yaşanacaq.

💡 Nəticə: mümkün böhran üçün kredit “qığılcımı” artıq var. İndi isə növbəti komponent gözlənilir...