20 il ərzində illik 40% gəlir qazandıran məşhur "Value investor"
Joel Greenblatt — amerikalı investor, professor və investisiya mövzusunda bir neçə bestsellerin müəllifidir. Uzunmüddətli yüksək nəticələr əldə edə bilmiş və öz metodlarını sadə dildə izah etməyi bacarmış nadir menecerlərdən biridir.
📖 Bioqrafiya
• 13 dekabr 1957, Nyu-Yorkda anadan oldu
• Təhsil: Wharton School (University of Pennsylvania).
• Karyera: 1985-ci ildə Gotham Capital fondunu təsis edib.
• Hazırda Columbia University biznes məktəbində dərs deyir və gələcək investorları yetişdirir.
💼 Gotham Capital fondu
• 1985-ci ildə yaradılıb.
• İlkin $7 milyon (onun bir hissəsini Michael Milken yatırmışdı – onun haqqında burda oxuya bilərsiniz) fond tərəfindən 20 ildən artıq müddətdə yüksək gəlirlə artırılıb.
• Greenblatt klassik “value investing” prinsipləri ilə, amma çox konsentrasiyalı formada sərmayə qoyurdu: 10–30 səhmdən ibarət portfel, ciddi fundamental seçimin nəticəsində seçilirdi.
📊 Metodlar və investisiya fəlsəfəsi
• Dəyərə fokuslanma — şirkətləri real dəyərindən ucuz al.
• Magic Formula — səhmlərin seçilməsi üçün cəmi 2 parametrə əsaslanan sadə metod:
- Kapitalın gəlirliyi (Return on Capital, ROC)
- Qiymət/mənfəət nisbəti (P/E və ya EV/EBIT)
• Konsentrasiyalı portfel — daha az səhm ilə qurulur.
• Nizam-intizam və uzunmüddətlilik — nəticələr yalnız zamanla üzə çıxır.
📈 Nəticələr
• Gotham Capital: 1985–2006 arasında ildə təqribən 40% gəlir qazanır.
• Magic Formula: Digər investorlar tərəfindən aparılan testlər göstərib ki, uzun müddətdə bu strategiya ildə 24–26% gəlir verir.
• Onun yanaşması sadədir, amma bir çox investorlar müvəqqəti itkilərə dözə bilmir — buna görə də “formulun sehri” ondadır ki, yalnız səbr edənlər qazanır.
📚 Joel Greenblatt kitabları
- "You Can Be a Stock Market Genius" (1997)
— value investorlar üçün klassika; spinoff, restrukturizasiya və birləşmələr kimi xüsusi halları izah edir. - "The Little Book That Beats the Market" (2005)
— Magic Formulanı populyarlaşdıran kitab; səhmlərin seçilməsini sadə dillə izah edir. - "The Big Secret for the Small Investor" (2011)
— adi investor üçün dəyər yanaşmasının tətbiqini göstərir.
Növbəti postlarda biz Sizlərə “magic formula” metodu haqqında ətraflı məlumat verərik.