Birjanın kodunu çözən adam. Hissə 2. Ruletka.

Birjanın kodunu çözən adam. Hissə 2. Ruletka.
Photo by Free Walking Tour Salzburg / Unsplash

(1-ci hissə)
Hamımız, əlbəttə ki, informasiyanın ən kiçik vahidini ifadə edən “bit” sözünü eşitmişik. İlk dəfə bu anlayışı informasiya nəzəriyyəsinin atası sayılan, əfsanəvi alim Claude Shannon istifadə edib. Bu insan ayrıca bir buraxılışa, hətta buraxılışlar silsiləsinə layiqdir. Onun nə qədər möhtəşəm olduğunu və indiki dünyanın quruluşuna təsir etdiyini anlamaq üçün bunu bilmək kifayətdir:

Claude Shannon 1956-cı ildə süni intellekt üzrə ilk akademik konfransın təşkilatçısı olub. 🤖📐

Bəs o, bizim qəhrəmanla necə əlaqəlidir?

1961-ci ildə Claude Shannon və Ed Thorp birlikdə, sonradan ilk portativ kompüter adlandırılan, və kazinoları uda bilən bir cihaz yaradırlar.

Gəlin hər şeyi ardıcıllıqla izah edək.

Blackjack-in “sirlərini açmaqla” paralel olaraq, Ed ruletkada nəticəni əvvəlcədən təxmin etməyin mümkünlüyü ilə də maraqlanırdı.

Başlanğıcda Kazinonun üstünlüyü 5%-dən çoxdur (oyunçu düzgün təxmin etdikdə mərcin 36 qatını qazanır, amma mümkün variantların sayı 38-dir, çünki “zero” və “double zero” sektorları da mövcuddur. Bu da kazinoya 2:38 qədər üstünlük verir). 🎰

Thorp uşaqlıqdan astronomiyaya maraq göstərirdi və səma cisimlərinin orbitadaki hərəkətlərinə hansı qüvvələrin təsir etdiyini yaxşı bilirdi. O, başa düşürdü ki, ruletkadakı topun və rotorun hərəkəti də eyni fiziki qanunlara tabedir və əgər onların hərəkət düsturlarını düzgün çıxarmaq mümkün olsa, Kazino üzərində üstünlük əldə etmək olar.
O, bu fikri Claude ilə bölüşdü və onlar elmi həvəslə bu mövzunu araşdırmağa başladılar.

Onlar real ruletka masasının bir nüsxəsini aldılar, xronometr və bütün prosesi qeyd etmək üçün videokamera ilə silahlandılar. 🎥⏱️ Ruletkada topun hərəkətlərini dəfələrcə təkrarlayaraq qane edən nəticəyə gəldilər.
Əlbəttə ki, dəqiq rəqəmi qabaqcadan bilmək mümkün deyildi. Amma topun fırlanma sürətini və rotorun dönmə sürətini ölçməklə, hər iki alim birbirinə yaxın bir neçə rəqəmə mərc etməklə oyunçunun üstünlüyünü 44%-ə qədər artıran bir alqoritm çıxara bildilər.
Təbii ki bu hesablamaları oyun zamanı beyində aparmaq mümkün deyildi. Nəticədə alimlər topun və rotorun sürətini ölçən, oyunçuya isə səs siqnalı vasitəsilə hansı rəqəmlər qrupuna mərc etmək lazım olduğunu bildirən bir cihaz yaratmağa başladılar. Hazır olduqdan sonra onu Kazinoda sınaqdan keçirməyə qərar verdilər. 🔊
Cihaz bədənin üzərində gizlədilmişdi. Fırlanma ilə bağlı məlumatı onlar ayaqqabının içində gizlədilmiş, baş barmağın basılması ilə işləyən düymə vasitəsilə ötürürdülər. Qulaqda isə siqnalı qəbul edən mikro-dinamik yerləşdirilmişdi.

Claude və Ed real nümunə ilə qazanmağın mümkün olduğunu sübut etdilər. Amma daimi geyim dəyişdirmələri, texniki nasazlıqlar və ifşa olunmaq riski onları xeyli yordu və sonda bu praktikanı davam etməkdən imtina etdilər.

Beləliklə, Edward Thorp “dünyanın ən böyük Kazinosu”na keçdi. Burada o, həyatına risk olmadan, texniki vasitələr və riyaziyyatın köməyi ilə yalnız öz ağlından istifadə edərək sərbəst şəkildə uğur qazana bilirdi. 📊🧠

Məhz bu nöqtədən etibarən onun Wall Street-də parlaq karyerası başladı. 💼📈

Bu haqda növbəti postumuzda.